İnsanlara hürriyət, millətlərə istiqlal!

Kerri ilə Lavrov Donbasdakı vəziyyəti müzakirə ediblər

428 30.04.2015 03:26 Region A A
ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
 
APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir. ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan söhbətin əsas mövzusu Ukraynanın cənub-şərqindəki vəziyyət olub.
 
“Lavrov və Kerri Təmas qrupu çərçivəsində 4 işçi alt qrupun yaradılması, 12 fevral tarixli Minsk razılaşmalarının bütün müddəalarının yerinə yetirilməsi, o cümlədən atəşkəs rejiminə riayət edilməsi, ağır silahların geri çəkilməsi, Ukraynada Konstitusiya islahatının keçirilməsi, humanitar və iqtisadi məsələlərin həll olunmasına dəstək ifadə ediblər”, sənəddə deyilir.    
 
Həmçinin tərəflər Suriya, Liviya və Yəməndəki vəziyyəti müzakirə ediblər. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR