İnsanlara hürriyət, millətlərə istiqlal!

Kerri heyəti ilə türklər arasında qalmaqal (FOTO, VİDEO)

3248 12.09.2014 22:52 Son xəbər A A

ABŞ Dövlət katibi Con Kerrini müşayiət edən heyət ilə mühafizəçilər arasında Türkiyə Baş Nazirliyi binasında qalmaqal yaşanıb.
 
Axar.az Hürriyet-ə istinadən xəbər verir ki, Türkiyə Baş naziri Əhməd Davudoğlu ABŞ Baş katibi Con Kerrini nazirlik binasında qəbul edib.
 
Con Kerri, onu müşayiət edən Cen Psaki və köməkçilərinin ardından heyət üzvləri də əsas qapıdan içəri daxil olmaq istəyib. Ancaq nazirlik binasının mühafizəçiləri buna müdaxilə edərək, onların içəri daxil olmasına maneə olublar. 
 
Bir müddət sonra ABŞ-lı səlahiyyətlilərin məsələyə müdaxilə etməsi ilə türk mühafizəçilər Kerri heyətində olanların əsas qapıdan keçməsinə icazə veriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR