İnsanlara hürriyət, millətlərə istiqlal!

Kerri: "Biz Əfqanıstanda sülhməramlı missiyaya verdiyi töhfəyə görə Azərbaycana minnətdarıq"

771 31.03.2016 04:36 Ölkə A A
"Bizim üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz Əfqanıstanda sülhməramlı missiyaya verdiyi töhfəyə görə Azərbaycana minnətdarıq. Azərbaycan çox mürəkkəb regionda yerləşir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri çərşənbə günü Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev ilə keçirilən görüşün yekununda bildirib.
"Biz terrorçuluğa qarşı mübarizə, dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin həlli sahələrində əməkdaşlıq edirik", - deyə o bildirib.

Kerri İlham Əliyevə nüvə təhlükəsizliyi sammitində iştiraka və həm iqtisadiyyat, həm də regionun təhlükəsizliyi sahəsində əməkdaşlığa görə minnətdarlığını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR