İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərkiyə bayrağımızı O asacaq - Ermənistan üçün seçim anı: Dəmir İradə, yoxsa Dəmir Yumruq?

2746 24.05.2023 10:37 Yazarlar A A

Ermənilərin başına gələn faciələrin başında dayanan daşnaklar yenidən təşəbbüsü ələ almağa, ortalığı qarışdırmağa çalışırlar. Daşnaksütyun partiyasının parlamentdəki təmsilçisi İşxan Saqatelyan deyib ki, Nikol Paşinyan Qarabağın təslim edilməsi üçün yol xəritəsini və cədvəlini dərc edib. Qarşıdakı görüşləri sıralayan baş daşnak, qulağıkəsik Andronikin varisi “faktiki olaraq ermənilərin, bütün siyasi qüvvələrin və vətəndaşların Qarabağın təslim edilməsi prosesini dayandırmaq üçün 5 ay vaxtı var”, - deyərək Ermənistandakı revanşistləri, Qarabağdakı separatçı-terrorçu yığınını, diasporanı vətəndaş itaətsizliyinə çağırıb, “döyüşə” səsləyib, hətta “Paşinyan iqtidarının fəaliyyəti qeyri-legitimdir”, - deyib.

Hətta parlamentin hakim “Vətəndaş sazişi” fraksiyasının katibi Artur Ovannsyan da “xaric səslər” çıxararaq iddia edib ki, Ermənistanın nəzarətində olan anklavlar Azərbaycanın nəzarətinə keçməsi, Ermənistan anklavının geri qaytarılması mümkün görünmür. “Bizim nəzarətimizdə olan anklavların Azərbaycana keçməsi istisna edilir və bunun əksi də baş verməyəcək”, - deyən Ovannisyan təmsil olunduğu komandanın liderinin siyasətinə qarşı çıxdığını anlamayacaq qədər səfehdir.

b4cf2ab39395d5e155486b6dfcca7ae1.jpg (199 KB)

Davamlı şəkildə Nikol Paşinyanın son açıqlamalarına “süngü” ilə reaksiya verən revanşistlərin mövqeləri yayılmaqdadır. Zahirən belə görünür ki, Ermənistanın baş naziri “odla-su arasında” qalıb. Təbii ki, Paşinyan onu nələr gözlədiyinin fərqindədir, amma özgə çıxış yolunun olmadığını da anlayır. Onu hətta Qarabağa desant kimi atılmış və “ov”unu gözləyən Ruben Vardanyan da təhdid edir, dövlət başçımızın dediyi kimi, Qarabağdan it kimi qovulan Köçəryan-Sərkisyan cütlükləri də. Hətta separatçı-terrorçu qurumun oyuncaq “parlament”i də ötən gecə yarısı “toplaşıb” Paşinyanın mövqeyinə qarşı çıxdı. Hələ Ermənistandakı digər revanşistlər...

Nikol Paşinyan bu günü gözləyirdi, bilirdi ona qarşı çıxışlar olacaq. Hətta oğlunun qaçırılması cəhdi ilə və yaxud özünə çətir atılması ilə təhdidlər bitməyə bilər, bir gün silahlı terrora əl atılar, bunu da anlayır. Lakin status-kvonu saxlamaq mümkün deyil, bunu da bilir. Nəhayət, Ermənistan baş naziri Prezident İlham Əliyevin dediyinə gəldi çıxdı: Azərbaycanın dövlət başçısı Ermənistan 29,8 min kv.km-lik ərazidə rahat yaşamaq istəyərsə...şərtini səsləndirmişdi. Paşinyan dərsini “oxudu” bu dəfə. Təbii ki, bunu öz xoşu ilə etmədi, cənab İlham Əliyevin xəbərdarlığı sözünü dedi, “Dəmir Yumruq” xatırlandı. Yoxsa bu, həmin Paşinyandır ki, “Qarabağ Ermənistandır. Nöqtə” deyirdi, Şuşada halay vururdu, Azərbaycana hədə-qorxu gəlirdi, hətta “yeni ərazilərin işğalı”na eyhamları var idi. Düzdür, bunun üçün çox cəhd göstərdi. Hətta 44 günlük müharibədən sonra da darmadağın edilmiş, hərbi texnikasının bir hissəsinin Xəzər sahilində sərgiləndiyi ordusunu hind-fars qardaşlarının dəstəyi ilə yenidən formalaşdırmaq, silahlandırmaq üçün çox cəhd göstərdi, Azərbaycana qarşı ardıcıl təxribatlara əl atdı, lakin heç nəyə nail ola bilmədi, hər cəhddə layiqli cavabını aldı, ordusu itkilər verdi. Nəhayət, Azərbaycan Prezidentinin təqdim etdiyi sülhə aparan yol xəritəsi ilə razılaşmalı oldu. Beləliklə, Prezident İlham Əliyevin siyasəti Paşinyanı yeni geosiyasi reallığı qəbul etməyə məcbur etdi. Bu gedişat həm də Prezident İlham Əliyevin ardıcıl, prinsipial, düşünülmüş və məntiqli siyasət yürütdüyünü aydın göstərir. Müharibədən sonrakı dövrdə bəziləri suallar verir, Azərbaycanın atdığı addımların səhv olduğunu sübut etməyə çalışırdı. Zaman göstərdi ki, İlham Əliyev nəyi, necə və nə zaman etməyi yaxşı bilir. Bu dəfə də bir daha izaha ehtiyac olmayan aksiom ortada...

pasinyan (2).jpg (32 KB)

Amma Paşinyanın sərgilədiyi mövqe nə qədər davam edəcək, bax bu, sual doğurur. Axı biz dəfələrlə N.Paşinyanın bir söz dediyinin, ardınca tam fərqli mövqe sərgilədiyinin şahidi olmuşuq. Moskvada dediyini Avropada danıb, Avropada dediyini İrəvanda “unudub”. Lakin artıq oyun limiti tükənib, indi Paşinyan sözünün üstündə durmalı və bu istiqamətdə praktiki addımlar atılmalıdır. Bununla yanaşı, xaricdə kimsə Paşinyandan artıq erməni olmağa çalışmamalıdır, Marqarita Simonyan kimilər yeni qana səsləyirlər. Unudurlar ki, bu gün Paşinyan yeganə çıxış yolunu bunda görür və düzgün addım atır. Onu bu yoldan döndərmək istəyənlər isə ilk növbədə erməni xalqına pislik edəcəklər. Qalib tərəf Azərbaycandır, dünyanın ən güclü orduları – ABŞ-ın “Global Firepower” saytı 2023-cü ildə ən yüksək hərbi gücə malik ölkələrin siyahısını açıqlayıb - sırasında adı olan qüdrətli dövlət! Ya Dəmir İradənin dedikləri olacaq, ya da Dəmir Yumruğun. Seçim Ermənistanındır! Nikol Paşinyan Prezident Əliyevin “Qarabağ Azərbaycandır və NİDA” xəbərdarlığından sonra baş verənləri nəzərə alıb da, növbəti dəfə özünü, ölkəsini bəlaya salmaq istəmir. Bunu saqatelyanlar, simonyanlar, qulyanlar, sərkisyanlar, köçəryanlar, arutyunyanlar...da anlamalıdır. Dəmir İradənin diqtə etdiyinin icrası ən salamat yoldur, həm də xilas yolu. Əks halda, sözü Əsgər deyəcək! Bayrağımızı Kərkiyə birinci asmaq üçün ürəyi atlanan O qədər igidlərimiz var ki...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR