Müğənni Kərim Abbasov Xəzər TV-də yayımlanan "5-də 5" verilişinin qonağı olub.
Musavat.com xəbər verir ki, o, 7 ildən sonra dünyaya gələn oğlundan danışıb: "30 yaşımda ailə qurmuşdum. İstəyirdim, övladım olsun. Hərə çıxıb efirdə ağzına gələni danışdı, məni sonsuz adlandırdılar. Dedilər, övladım olmayacaq, xəstədir. Sınırdım, ağlayırdım. Allah istəyəndə övlad verir. Qaynımın övladını saxladım. O mənim ilk balamdır. Sonra oğlum doğuldu. Övladım mənə 7 ildən sonra 75 min manata başa gəldi. Bütün pullarımı iynə-dərmana xərclədim".
Könül,
Musavat.com






