İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənan Yavuz: "Rövnəq Abdullayev "Petrol Ofisi"nin göstəricilərini araşdırmaq üçün tapşırıq verib"

1127 06.04.2016 15:13 Son xəbər A A

"SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru Kənan Yavuz SOCAR tərəfindən Türkiyədəki "Petrol Ofisi" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin alınması məsələsinə aydınlıq gətirib.
 
"APA-Economics"in məlumatına görə, K. Yavuz "Sabah" qəzetinə açıqlamasında bildirib ki, SOCAR prezidenti Rövnəq Abdullayev "Petrol Ofisi" şirkətinin müvafiq göstəricilərini araşdırmaq üçün tapşırıq verib. Bununla yanaşı, baş icraçı direktor bildirib ki, R. Abdullayevin müvafiq tapşırığı "Petrol Ofisi" şirkətinin mütləq şəkildə satın alınması anlamına gəlmir. "Hər hansı irəliləyiş olarsa, ictimaiyyət məlumatlandırılacaq", - deyə K. Yavuz bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR