İnsanlara hürriyət, millətlərə istiqlal!

KƏMALƏDDİN HEYDƏROVUN ADAMLARI PAMBIQTƏMİZLƏMƏ ZAVODLARINDA DÖVLƏTİN PAYINI ÖZƏLLƏŞDİRİR

5718 10.12.2012 09:58 İqtisadiyyat A A
Maraqlıdır ki, “MKT İstehsalat və Kommersiya” MMC pambıq zavodları daxilində məhdud məsuliyyətli cəmiyyətlər yaradıb, onlar öz aralarında xidməti müqavilə əsasında işləyir. ASC pambığın işlənməsi üçün haqq alır və son məhsulun sahibi (pambıq lifi, toxum, istehsalat tullantısı) “MKT İstehsalat və Kommersiya” MMC-nin törəmə müəssisələridir. Pambıqtəmizləmə ASC-lərin çoxunun ziyanı nizamnamə fondunun 50-60 faizi qədərdir və istənilən vaxt müflis elan edilə bilərlər.
Böyük ehtimalla belə bir vəziyyət süni olaraq yaradılır ki, pambıqtəmizləmə zavaodlarında dövlətin payını ucuz qiymətə özəlləşdirə bilsinlər. Yüksək göstəricilərə sahib olan ASC-lərin investisiya müsabiqəsi ilə satışı zamanı onlar yüksək dəyərləndirilir və iddiaçılara baha qiymətə təklif edilir. Ancaq istənilən an müflis olmaq təhlükəsini yaşayan ASC-lər daha güzəştli şərtlərlə təklif edilir. Güman ki, “MKT İstehsalat və Kommersiya” MMC ASC-lərin indiki durumunda maraqlı olub.
Əmlak Məsələləri Dövlət Komitəsinin “Beyləqan-Pambıq” ASC-nin satışa çıxardığı 30,34 faizlik səhm üçün tələb etdiyi məbləğ də bu ehtimalı təsdiqləyir. Komitə 30,34 faiz səhmə cəmi 40 min manat istəyir. Bu, cəmi səhmlərin nominal qiymətinin (255 min manat) 15,6 faizi qədərdir. Belə çıxır ki, özəlləşdirmə məmurları səhmləri nominal qiymətindən də 2 dəfə ucuz qiymətə satırlar.
Sehm.az saytının məlumatına görə, “MKT İstehsalat və Kommersiya” MMC “Beyləqan-Pambıq” ASC-nin minoritarlarından (ASC-nin 1 və ya daha az səhminə sahib olanlar - red.) kiçik səhm zərflərini nominal qiymətə almağa başlayıb. Hələlik əmək kollektivinin üzvü olmayanlardan, yəni “təsadüfi” səhmdarlardan səhmlər alınır. Belə çıxır ki, MMC ASC-dəki təkcə dövlətin payını yox, bütün səhmləri 100 faiz əldə etmək istəyir.
Beləliklə, indidən demək olar ki, müsabiqənin qalibi “MKT İstehsalat və Kommersiya” MMC olacaq. Məlumatlara görə, bu şirkət fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxınlarına məxsusdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR