Bu gecə Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarındakı yanğın baş vermiş əraziyə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov gəlib.
Nazir jurnalistlər qarşısında çıxış edərək yanğının təfərrüatları mövzusunda açıqlama verib.
O həmçinin açıqlama zamanı maska taxmayan jurnlalistlərə buna görə irad da bildirib: "Hadisə yerində hamınız maskasızsınız. Halbuki siz bu pandemiya dövründə təhlükəsizlik tədbirlərinə əməl etməyi təbliğ etməli olan şəxslərsiniz. Zəhmət olmasa, özünüzün və digərlərinin təhlükəsizliyi üçün maska taxıb, jurnalist fəaliyyətinizə davam edin".






