İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdə baş verən insidentin detalları AÇIQLANDI: Meyit tapılmadı... - VİDEO

1428 12.04.2024 12:51 Hadisə A A

Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meyitini sel sularının apardığı ehtimal edilir.

Onun axtarışlarına başlanılıb.

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində "HOVO" markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR