İnsanlara hürriyət, millətlərə istiqlal!

KEÇMİŞ VİCDAN MƏHBUSLARI YENİ TƏŞKİLATLARINI TƏQDİM ETDİ

345 13.09.2012 09:42 Siyasət A A
Hüquq müdafiəçisi, “Kür” Vətəndaş Qərargahının koordinatoru Oqtay Gülalıyev alyansın iyunda azadlığa çıxmış vicdan məhbusları tərəfindən sentyabrın 8-də yaradıldığını bildirdi. O qeyd etdi ki, yeni yaradılan təşkilatın məqsədi siyasi məhbusların azadlığa buraxılması, qanunsuz olaraq həbs olunanların hüquqlarının müdafiə etməkdir.
Keçmiş vicdan məhbusu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı bildirdi ki, Azərbaycan siyasi məhbusların və vicdan məhbuslarının sayına görə dünyada liderlik edir. Digər vicdan məhbusu Sahib Kərimli sentyabrın 9-da 14 saylı “zon”da məhbusların keçirdiyi etiraz aksiyasına diqqət çəkərək həmin cəzaçəkmə müəssisində cəza çəkən vicdan məhbusları Şahin Həsənli və Vidadi İsgəndərlinin taleyindən narahatlıq keçirdiyini bildirdi.
Daha sonra keçmiş vicdan məhbusları - Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, onun müavinləri Əhəd Məmmədli və Rüfət Hacıbəyli, Müsavat üzvü Elşən Həsənov, AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli, AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidli, AXCP üzvü Babək Həsənov, Bəxtiyar Hacıyev və digərləri çıxış edərək öz təkliflərini verdilər.
Qeyd edək ki, təqdimat mərasiminə ATƏT-in nümayəndəsi də qatılmışdı. İnsan Haqları Klubunun koordinatoru Rəsul Cəfərov AŞ PA-ya Azərbaycandakı siyasi məhbuslarla bağlı müraciət qəbul olunmasını təklif etdi. Həmçinin bildirdi ki, qurumun oktyabr sessiyasında sənədin qəbul olunmasına nail olmaq lazımdır. Sonda alyansın məramını və fəaliyyət istiqamətlərini əks etdirən bəyannamə imzalandı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR