İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş təmsilçimiz “Eurovision”dan yazdı: “Ora özünüzü təmsil etməyə getmirsiniz”

4257 15.05.2016 14:33 Şou-biznes A A
Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci “Eurovision”da təmsil etmiş Səbinə Babayeva müsabiqə haqda fikirlərini bölüşüb. 

Musavat.com xəbər verir ki, müğənni sosial şəbəkədə gələcək təmsilçilərə məsləhət verib: “Ötən gün müsabiqədən öncə İTV-də yayımlanan müsabiqə ilə bağlı verilişdə qonaq olduq. Proqram maraqlı alındı, həmkarlarımızla görüşüb, “Eurovision” barədə fikirlərimizi bölüşdük, sonda “Ey Azərbaycan” mahnısını oxuduq, vətənə də uğur dilədik. Müsabiqəyə getmək istəyən ifaçılara  tövsiyəm  budur ki, nə olur olsun, başınızın üstündə Azərbaycan bayrağı olduğunu unutmayın. Siz oraya özünüzü yox,  Azərbaycanı təmsil etməyə gedirsiniz. Bütün dünya sizi görür və Azərbaycanın siması siz olursunuz”.   

Könül İbrahim,
Musavat.com 




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR