Keçmiş məhkum 16 kq narkotiklə saxlanıldı (FOTO)
Yasamal polisi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinini yaxalayıb. Ondan 16 kiloqrama yaxın marixuana aşkarlanıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları Vitali Konstantinovu 20 Yanvar mertosu yaxınlığında özünü şübhəli apardığı üçün saxlayıb. Onun üzərinə baxış keçirilərkən qurudulmuş marixuana aşkarlanıb.
Dindirmələr zamanı Vitali onda 16 kiloqarama yaxın narkotik vasitə olmasını bildirib. Məlum olub ki, 39 yaşlı Vitali ömrünün 25 ilini həbsxanalarda keçirib.
Faktla əlaqədar Yasamal rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.






