İnsanlara hürriyət, millətlərə istiqlal!

Kazinoda 3 milyon dollar uddu, sevincindən oradaca öldü - həmin anın VİDEOSU

3078 26.06.2024 23:00 Dünya A A

Sinqapurda bir şəxs elitar kazinoda 4 milyon Sinqapur dolları (2,9 milyon ABŞ dolları) udub. Musavat.com xəbər verir və "şanslı adam" uduşu bilən kimi ürək tutmasından yerindəcə ölüb.

Bu barədə bir çox saytlar yazıblar və həmin xəbərlərin hamısının qaynağı "International Business Times" qəzetidir. İlk məlumatı və
hadisənin videosunu həmin qəzet yayıb. Musavat.com üzərindən baxdığınız bu videonu isə kazinoda olan hadisə şahidlərindən biri internetdə yayımlayıb.

Kadrlardan nələri görmək olur? Yəqin hər kəs onu dəfələrlə izləyəcək və hətta bizim görmədiyimiz detalları da görəcək. Amma ilk gözə çarpan odur ki, kazino işçiləri kart oyunu stolunun yanında yerdə uzanmış şəxsə kömək etməyə çalışırlar. Bu zaman yaxınlıqda onun arvadı olan bir qadın qışqırır və diz çökərək, ağlayır.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, kişini həyata qaytarmaq mümkün olmayıb. İlkin məlumata görə, həmin şəxs qələbə xəbərindən həyəcan keçirib və onun ürəyi dözməyərək, partlayıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR