İnsanlara hürriyət, millətlərə istiqlal!

Kataloniyadan növbəti separatçı addım: muxtar parlament kralı tanımamaq haqqında qərar qəbul etdi

762 08.08.2020 16:39 Dünya A A

İspaniyanın separatçı Kataloniya bölgəsinin parlamenti, ölkə başçısı, kral VI Felipeni tanımamaq haqqında qətnamə qəbul edib.

Musavat.com xarici agentliklərə istinadənxəbər verir ki, bu barədə “El Periodico” qəzeti məlumat yayıb.

Özü də parlamentin plenar iclası bölgə hökumətinin (Jeneralitat) başçısı Kim Torranın xüsusi xahişi ilə toplanıb. Qanunverici orqanın iclasının gündəliyi də “İspaniya monarxiyasında yaranan böhrandan irəli gələn siyasi situsasiyanın müzakirəsi” ilə bağlı olub.

Sənəddə Burbonlar xanədanının Kataloniya üçün bədbəxtlik gətirdiyi, “Kataloniya respublikası”nın İspanyadan ayrılmaq üçün tək çarə olduğu vurğulanıb.

Xatırladaq ki, bu ilin avqustun əvvələrində İspaniyanın keçmiş kralı I Xuan Karlosun (VI Felipenin atası-red.) haqqında çıxan korrupsiya qalmaqalına görə ölkədən qaçdığı ortaya çıxıb.

Media kralın Səudiyyə Ərəbistanından 100 milyon dollar məbləğində rüşvət alması ilə bağlı ittiham olunduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR