İnsanlara hürriyət, millətlərə istiqlal!

Kataloniyada ümumi tətil elan edilib

1187 03.10.2017 20:50 Son xəbər A A

Kataloniyadakı həmkarlar ittifaqları oktybarın 1-də regionun müstəqilliyi haqqında keçirilən "referendum" zamanı bu prosesdə iştirak etmək istəyənlərlə polis arasında baş vermiş kütləvi qarşıdurmalara etiraz olaraq ümumi tətil elan edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, etirazçılar Kataloniyada əsas yolları bağlayırlar və bu, böyük tıxaclara səbəb olub.

Barselonanın ən böyük topdansatış ərzaq bazarı olan "Merkabarna"da fəaliyyət göstərən, təxminən, 770 şirkət işini dayandırıb.

Həmkarlar ittifaqlarından Barselona dəniz limanının da fəaliyyətini dayandırdığı bildirilib.

Etiraz aksiyalarında "Barselona" klubunun futbolçuları, eləcə də universitet və muzeylərin əməkdaşları iştirak edir.

Qeyd edək ki, rəsmi Madrid daha əvvəl referendumun ölkə konstitusiyasına uyğun olmadığını açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR