İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasım-Jomart Tokayev: “Azərbaycanla ticarət dövriyyəmiz 1 milyard dollara çatdırıla bilər”

307 10.04.2023 16:24 Siyasət A A

“Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsinin dəyərini 1 milyard ABŞ dollarına çatdırmaq üçün ciddi potensiala malikdirlər”.

“Report” “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən danışıqlar zamanı bildirib. 

“Ötən il ticarət dövriyyəsinin dəyəri 40 % artaraq yarım milyard dollara çatıb. Hesab edirəm ki, bu, mühüm nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam açıldıqca biz bu rəqəmi 1 milyard dollara çatdıra biləcəyik. Bunun üçün energetika, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, - deyə o qeyd edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR