“Kasablanka”nın aktyor heyətindən sonuncu aktrisa dünyasını dəyişdi
Fransalı aktrisa Madlen Lebo 92 yaşında dünyasını dəyişib. Musavat.com xəbər verir ki, məlumatı The Hollywood Reporter-ə onun ögey övladı, kinorejissor Karlo Alberto Pinelli verib.
Lebo “Kasablanka” filminin çəkilişlərində iştirak edən aktyor heyətinin sonuncu nümayəndəsi idi. O, baş qəhrəmanın sevgilisi rolunu canlandırırdı.
1963-cü ildə Lebo Federiko Fellininin “Səkkiz yarım” filminin çəkilişlərində də iştirak etmişdi.
Musavat.com






