İnsanlara hürriyət, millətlərə istiqlal!

Karlo Ançelotti karyerasını bitirəcəyi vaxtı açıqlayıb

1395 03.05.2022 16:55 İdman A A

İspaniya "Real Madrid"inin baş məşqçisi Karlo Ançelotti daha 10 il "kral klubu"na rəhbərlik edə biləcəyini açıqlayıb.

"Report"un məlumatına görə, italiyalı mütəxəssis "Amazon Prime" telekanalına müsahibəsində Madrid təmsilçisinin məşqçilik karyerasındakı sonuncu klub olacağını bildirib.

Ançelotti Kanada millisinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlərə də toxunub: "Yəqin ki, müqaviləm başa çatanda "Real Madrid"dən ayrılacağam. Amma klub rəhbərliyi istəsə, burada daha 10 il qala bilərəm. Gələcəkdə yığmada işləmək variantlardan biridir. Kanada millisi? Niyə də olmasın?! Mən istərdim".

Qeyd edək ki, Karlo Ançelottinin "Real Madrid"lə 2024-cü ilin yayınadək müqaviləsi var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR