İnsanlara hürriyət, millətlərə istiqlal!

Karen Karapetyan Türkiyə və Azərbaycanla bir masa arxasında oturmaq istəyir

4755 20.03.2017 23:41 Son xəbər A A

“Biz qonşularımızla məntiqi əlaqələr qurmağa hazırıq, ancaq əgər bizim qonşular danışıqlar aparmağa hazır olacaqlarsa. Buna görə də mən istisna etmirəm ki, bir müddət sonra biz oturub oyun qaydaları barədə razılığa gələcəyik. Bu, o demək deyil ki, biz dost olacağıq. Ancaq bu, o deməkdir ki, ola bilər biz eyni bölgədə qonşu olaraq yaşamaqla bağlı razılığa gələcəyik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Karen Karapetyan 20 martda İrəvanın Kanaker-Zeytun rayonunda seçicilərlə görüşü zamanı Türkiyə və Azərbaycanla münasibətlərin perspektivi barədə suala cavabı zamanı belə deyib.

Baş nazir seçki kampaniyasında müxalifətin hökumətə yönəlik tənqidlərinə də reaksiya verib. Deyib ki, ölkə vətəndaşları hakimiyyəti müxtəlif məsələlərə görə tənqid edə bilər. Amma hökumət Qarabağ məsələsində daha möhkəmdir. Onu da iddia edib ki, İrəvan təhlükəsizlik məsələsinə xüsusi önəm verir.

Cavid Turan,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR