İnsanlara hürriyət, millətlərə istiqlal!

Karantindən bir sutka öncə: çimərliklərdə nə yaşandı? FOTO REPORTAJ

2355 21.06.2020 14:20 Reportaj A A

Ötən gün paytaxt çimərlikləri adamlarla dolub-daşırdı. İnsanlar 14 gün dəniz üzünə həsrət qalacağını bildiyi üçün plyajlara axışmışdılar...

Artıq bu gündən etibarən iki həftəlik karantin rejimi başlanıb. Ona görə iyunun 20-də çimərliklərə kütləvi axın varıydı. Hətta Mərdəkan istiqamətində tıxac yaranmışdı.

Musavat.com xəbər verir ki,  insanlar koronavirus təhlükəsini nəzərə almadan dənizin ləzzətini çıxarmağa çalışırdılar.
Bununla belə plyajların girişində dezinfeksiyaedici məhlullar qoyulmuşdu. Həmçinin, sosial məsafənin gözlənilməsi ilə bağlı xəbərdarlıqlara da rast gəldik.
Bundan başqa, Çevik Polis Alayının əməkdaşı karantin rejimi qaydalarına riayət olunub-olunmadığına nəzarət edir, xilasedicilər də ərazidə keşik çəkirdilər. Bir sözlə, karantinə 24 saat qalmış hər kəs halından məmnun idi.

Yeri gəlmişkən, çimərliklərdə “besetka”ların qiyməti dəyişməyib. Karantinə bir gün qalmış belə vətəndaşlara güzəşt etmirdilər.
Belə ki, müştərilərə stol-stul olan kölgəliklər 15-20 manatdan satılırdı. Bu gün isə xüsusi karantindir, nə çimərlik var, nə də “besetka”lar...

Yada salaq ki, sərt karantin rejimi tətbiq olunan yerlərdə çimərliklərə getməyə icazə verilməyəcək. Bunu ötən həftə TƏBİB-in sədri Ramin Bayramlı açıqlayıb.

Emil Salamoğlu,
Musavat.com,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR