İnsanlara hürriyət, millətlərə istiqlal!

Karantin günlərində ictimai nəqliyyat və taksi xidmətlərinin hərəkəti necə tənzimlənəcək? - RƏSMİ

1321 19.06.2020 17:43 Son xəbər A A

Sərtləşdirilmiş karantin rejimində ictimai nəqliyyat və taksi xidmətlərinin hərəkətinə icazə verilir.

Musavat.com-un məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.

Qərara əsasən, nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

3.1.hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2.dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3.logistika xidmətləri;

3.4.ictimai nəqliyyat və taksi xidmətləri.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR