İnsanlara hürriyət, millətlərə istiqlal!

Kann – kinofestival, yoxsa yaxtalarda eyş-işrət məclisi? – Kiçik Qəddafidən Kim Kardaşyana qədər...

2694 24.03.2024 21:27 Gündəm A A

Dalğalar fonunda şampan badələri, ulduzların əhatəsində əyləncələr, dəbdəbəli gəminin göyərtəsində bikinidə parıldayan bədənlər - bütün dünyada minlərlə qızın paxıllığına səbəb olan görüntülərdir. Lakin sahəyə bələd olmayan adamlar bilmirlər ki, belə görüntüləri səhifələrində yerləşdirən modellərin əsas gəlir mənbəyi əksər hallarda lüks brendlər üçün çəkilişlər deyil. Onlar “yaxtaçılıq”la məşğul olurlar – bu, dəniz sahillərində tətillər zamanı zəngin və nüfuzlu kişiləri əyləndirmək məqsədilə müşayiət etməyin bir növüdür. Bu məşğuliyyət qısa zamanda çox böyük gəlir gətirdiyi üçün dünyanın ən nüfuzlu model və aktrisalarının, müğənnilərinin həyatından keçir...

10 min avroluq paketlər ərəblər üçün sadəcə kağızdır...

Kann kinofestivalında münsiflər heyətinə o başçılıq edəcək

Dünyada Kann kinofestivalı kimi tanınan tədbir reallıqda sənət bayramından daha çox zəngin kişilərin “xidmətinə” düşmək fürsəti yaradan hadisə kimi qəbul edilir. Gün batdıqdan sonra dənizdə qapalı şənliklərdə nələr baş verir və niyə Hollivud aktrisaları və modelləri bunda iştirak edirlər?

“Onlar bir gecədə 40.000 dollara qədər qazana bilərlər. Ərəblər dünyanın ən səxavətli insanlarıdır. Əgər səni bəyənsələr, sənə çoxlu pul verəcəklər. Kannda 10 min avroluq paketlərdə pul aparırlar: onlar üçün bu, sadəcə, kağızdır və heç saymadan bu paçkaları qızlara verirlər”. 2007-ci ildə fahişəlik təşkil etdiyinə görə həbs edilən livanlı iş adamı Eli Nahas “The Hollywood Reporter”ə detalları açıqlayıb.

Nahas Beyrutda model agentliyinə sahib idi və həmin il Kann Film Festivalı zamanı Liviyanın başçısı Müəmmər Qəddafinin oğlu Müazim Qəddafiyə və digər Yaxın Şərq müştərilərinə “müxtəlif millətlərdən” 50-dən çox qadın təqdim edib. Qadınların “vəzifələri” də fərqli idi: tam zamanlı “müşayiətçi”lərdən tutmuş supermodellərə və gözəllik kraliçalarına qədər. Polisin məlumatına görə, onlar Kann təpələrinin üstündə yerləşən hotellərdə, yaxtalarda və villalarda kişilərə xidmət edirdilər. Bəziləri isə saxta bəhanələrlə Fransaya gətirilərək fahişəliyə məcbur edilirdi.

“İlin ən böyük maaş günü”...

Secrets of Cannes' call girls: From full-time escorts to models, actresses and beauty queens, during the film festival, prostitutes can earn $40,000 a night servicing wealthy men in luxury hotels, and on million-dollar yachts

Burada gecəsinə orta hesabla dörd min dollar alan “putes de luxes” (“lüks fahişələr”dən”) tutmuş, adətən bir qədər az pul alan küçə fahişələrinə qədər tapmaq mümkündür. Qonşu Nitsa küçələrində saatı 50 dollar olan qadınlar da Kannda toplaşırlar. Onlar bu şənbəni “ilin ən böyük maaşı günü” adlandırırlar.

Kannda fahişələr dərhal gözə çarpır. Onlar yaxşı geyinənlər və siqaret çəkməyənlərdir.

Kann “müşayiətçisi” Daisy amerikalı kino tənqidçisi və televiziya aparıcısı Roger Ebertə müsahibəsində deyir ki, “biz hamımız bunu səbirsizliklə gözləyirik. Qızlar çox olduğu üçün rəqabət də böyük olur. Ancaq yerlilərin üstünlüyü var - biz hotel konsyerjlərini (müştərilərə xüsusi xidmətlər göstərən hotel əməkdaşları) tanıyırıq”. Onun sözlərinə görə, fahişələr müntəzəm olaraq şəhərin ən yaxşı hotellərinin konsyerjləri ilə qazanclarını bölürlər. Sonuncu, öz növbəsində, müştəriləri onlara yönləndirir. Anonim mənbənin nəşrə verdiyi məlumata görə, kinofestivalın 10 günü ərzində hər axşam 100-dən 200-ə qədər qız böyük hotellərin foyesinə girərək kişilərlə birlikdə çıxır.

Bütün gecənin qiyməti beş min avrodur...

Daisy deyir ki, “ciddi hərəkət” axşam saat 10-dan sonra başlayır, zəng edən qızlar foyedə toplaşır və potensial müştərilər öz seçimlərini edirlər: “Bütün bunlar jestlərdən istifadə etməklə edilir. Kişilər əlləri ilə otaq nömrələrini göstərirlər, qızlar isə onların arxasınca gedirlər”.

Slavyan görünüşlü müstəqil “müşayiətçi” Klara son film festivalı zamanı “Daily Mail”ə bildirib ki, o, adətən Parisdə işləyir, amma hər il buraya “qastrol” səfərinə gəlir: “Bu, böyük pul qazanmaq şansıdır. Bəzən hotelin lobbisində və ya barda otururam. Kişilər gəlib soruşurlar ki, işləyirəm? Mənə otaq nömrəsini deyə bilərlər. Sonra mən onların ardınca yuxarı qalxıram. Amma ehtiyatlı olmalısınız, çünki hotellər bunu bəyənmir. Əslində onların edə biləcəyi bir şey yoxdur. Bu, dünyanın ən qədim sənayesidir və film biznesi qlamur və həyəcandan ibarətdir. Təbii ki, insanlar seks istəyirlər”.

“Seks işçisi” Klaranın dediklərindən: “Saatda min avro alıram, amma iki saat və ya daha çox olana endirim var. Bütün gecənin qiyməti beş min avrodur”.

“Lüks fahişələr”in bəziləri mütəşəkkil dəstənin tərkibində gəlirlər (polisin fikrincə, oxşar əməliyyatı Nahas həyata keçirib), digərləri isə kiçik qruplar halında təkbaşına uçurlar - əsasən Parisdən, Londondan, həmçinin də Venesuela, Braziliya, Mərakeş və Rusiya kimi ölkələrdən. Digərləri isə daha bir böyük hadisənin - Monakoda Formula 1 Qran Prisinin üstünlüklərindən istifadə edirlər. Monako yaxınlığındakı Beausoleildə hotel otaqlarını icarəyə götürürlər və 40 dəqiqəlik məsafədə olan Kann arasında avtobusla işləyirlər.

Eli Nahasın özü fahişəliyin təşkilində iştirak etdiyini inkar edir, lakin festival zamanı qadınların Kanna getməsinə kömək etdiyini etiraf edir. Onun sözlərinə görə, işi onları Nitsa Beynəlxalq Hava Limanında qarşılamaq, Kann limanına aparmaq və Qəddafinin yaxtasına, Çe Gevara və digər lüks gəmilərə aparacaq kiçik qayıqlara mindirməkdir: “Sonra nə baş verdiyini bilmirəm - mən orada iştirak etməmişəm. Ola bilsin ki, onlar sadəcə danışmaq və əylənmək üçün gəliblər”.

Utancaq Qəddafi, 500 min dollarlıq Enrike İqlesias və…

Qəddafi haqqında bilmədiyimiz

Həbs olunmazdan əvvəl Eli Nahas 2004-cü ildə Mötəzim Qəddafinin Mərakeşdə ad günü şənliyinin təşkilatçısı kimi tanınırdı. O, həm də Mötəzimin sağ əli idi. Dünya şou-biznes ulduzlarının iştirakı ilə keçirilən tədbirə bir milyon dollar xərclənib. Çıxış edənlər arasında 500 min dollar ödənilən Enrike İqlesias və qonorarı cəmi 50 min dollar olan Karmen Elektra da var idi.
“O (Karmen Elektra) əslində bir az əsəbi idi, çünki ad günü oğlanının ona kifayət qədər diqqət yetirmədiyini hiss edirdi. Amma Qəddafi utancaq idi, istəyirsiz inanın, istəmirsiz inanmayın, ilk addımı qadınlar atmalı idi”, - deyə Nahas bildirib.

Enrique Iglesias sells his catalog of recorded songs and his image rights

Həbsdən sonra iş adamı Fransada nəzarətə götürülsə də, 11 ay sonra dəlil olmadığı üçün sərbəst buraxılıb. Livanda onun reputasiyası məhv edildi, Nahas daha “modellik işi” ilə məşğul ola bilmədi və onun sözlərinə görə, kiçik Qəddafi ona “ac qalmamaq üçün” ayda 25 min dollar göndərməyə başladı. Qəddafinin ölümündən sonra pul axını dayanıb və Nahas yenidən biznes əlaqələri qurmalı olub.

Zərfdəki “hədiyyə” – fahişələrin festivaldakı maaşlarıdır

İstintaq zamanı polis Yaxın Şərqin ən varlı şahzadə və hökmdarlarının əlaqəsinin olduğu ünvanların qeyd edildiyi kitabçanı müsadirə edib. Nahas onların hamısını şəxsən tanıdığını etiraf edib, lakin onlar üçün fahişə seçdiyini inkar edib. Amma o, Kann festivalında tək deyildi.

Hər il festival zamanı Kann körfəzində hər biri çox zəngin bir şəxsə məxsus 30 və ya 40 lüks yaxta peyda olur. Hər qayıqda təxminən 10 qız var. Adətən bunlar modellərdir - çılpaq və ya yarıçılpaq. Narkotiklər və içkilər də var. Axşamın sonunda bütün qızlar zərflərini gözləyirlər. Bu “qayda” 60 ildir ki, orada davam edir.

Zərfdəki “hədiyyə” – fahişələr festivalda maaşlarını belə alırlar. London və Dubayda filialları olan parisli müşayiət agentliyini idarə edən rus qadın deyir ki, bu, həmişə hədiyyədir. “Müştərilərə deyirlər ki, zərfin içinə pul qoyub çöldə “hədiyyə” sözünü yazsınlar”. Bu, on il əvvəl də belə idi.

“Daily Mail”in məlumatına görə, 2023-cü ildə 12 günlük festival üçün Kanna gələn bəzi müşayiətçilər zərərsiz saxta ödəniş təsviri ilə kredit kartı ödənişlərini qəbul ediblər.

“Peşəkar fahişələrlə varlı yaşlı kişilərlə cinsi əlaqəyə görə ödəniş qəbul edən Hollivud aktrisaları və modelləri arasında əslində bir fərq yoxdur”. Jurnalistlərin “sənaye veteranı” kimi təqdim etdikləri anonim mənbə izah edir: “Siz mütləq bir neçə ad tanıyırsınız. Bunlar yanlış karyera seçimləri edərək diqqət mərkəzindən kənarda qalan aktrisalardır. Onlar özlərinə Kannda etdiklərinin normal olduğunu deyirlər, çünki sadəcə zəngin kişilərlə görüşürlər. Baxmayaraq ki, əslində onlar fahişələrlə eyni şeyi edirlər - pulu sevirlər”.

Kim Kardaşyanı evə “Ferrari” və 250 min dollarla göndərdilər

Jho Low Bought Kim Kardashian A White Ferrari For Her Wedding

Televiziya komediya yazıçısı Kevin Runinin həyat yoldaşı, fransız əsilli amerikalı aktrisa Carole Raphael Davis iddia edir ki, bir çox məşhur yüksək cəmiyyət qadınları illərini yüksək qiymətə fahişə kimi keçiriblər. Onun dediyinə görə, onlar “təyyarə sərnişinləri kimi dünyanı dolaşdılar” və onlardan biri, nəhayət, Fransanın ən zəngin adamlarından biri ilə evləndi.

Kim Kardaşyan, Kendall Cenner, Hadid bacıları, Selena Gomez və İrina Şeyk də daxil olmaqla, hər üçüncü məşhur reklam və pul naminə “yaxtaçılıqla” məşğul olur. Ariana Qrande yaxtaya minmək üçün hətta bir dəfə konsertlərini də ləğv edib. Bu, ona ifa etməkdən daha çox pul gətirib.

Targeting luxury yachts: Some of the 'luxury prostitutes' fly into Cannes from Paris, London, Venezuela, Brazil, Morocco and Russia to take advantage of the film festival

2021-ci ildə amerikalı supermodel və aktivist Emili Ratajkovski, modellik karyerasının başlanğıcında həyatının təfərrüatlarını səmimi şəkildə təsvir etdiyi “Mənim bədənim” adlı kitab nəşr etdi. O, xüsusilə “yaxtaçılıq” təcrübəsini bölüşdü və eyni zamanda malayziyalı milyarderin tədbirlərdən birində onu müşayiət etmək üçün ona 25 min dollar ödədiyindən danışdı. Onun yazdığına görə, Kim Kardaşyan bir dəfə çirkli məclisləri ilə məşhur olan yaxtasında idi - əyləncənin sonunda onu “Ferrari” və 250 min dollar nağd pulla evə göndərdilər.

2023-cü ilin əvvəlində sosial şəbəkələrdə Dubayın ən bahalı hoteli olan “Atlantis The Palm”ın təntənəli açılışı zamanı çəkilmiş video göründü. Tədbirdə Kim Kardaşyanın kiçik bacısı, supermodel Kendall Cenner də iştirak edib - rəsmi məlumatlara görə, o, orada öz tekila brendi 818-i reklam edib. Lakin ulduzun başqa qonaqla dialoqu zamanı ortaya çıxan açıqlamaları istifadəçiləri çaşdırıb. “Bu mənim üçüncü dəfəmdir. İlk ikisi dəhşətli, dəhşətli idi! Bu dəfə çox əyləncəlidir”, - o, emosional şəkildə deyir. Cennerin hesabına bu partidən bir şəkil də daxil edilməyib və pərəstişkarları tekila reklamının onun səfərinin əsl səbəbi olmadığı qənaətinə gəliblər.

“Rusiyalı oliqarxlar əylənməyi bilirdilər”

Rusiyalı oliqarxların yüksəlişi necə baş verdi?

Meqayaxtalardan birinin ekipaj üzvü yaxtalarda müşayiətçi qızların olmasını açıq sirr adlandırıb. Onun sözlərinə görə, məclisə dəvət olunan hər bir ictimai xadim kiminləsə yatağa getmir, amma bu baş verərsə, bütün çəkiliş qrupu baxır. Ekipaj üzvləri ağızlarını bağlamaq üçün öyrədilibsə, sonradan onun öz heyəti şayiələrin mənbəyinə çevrilir: “Gəmi şənlikləri keçirən insanlar qonaqlar arasında məşhurların və yaraşıqlı qızların olmasını istəyirlər. Bütün bunlar tədbirə təntənə əlavə edir. Bir çox modellər və gələcək aktrisalar dəvət üçün hər şeyi edəcəklər, demək istəyirəm ki, hər şeyi. Onlar özlərini müşayiətçi adlandırmaya bilərlər, lakin xətlər bulanıqdır. Onlar kiminləsə yatsalar, təşəkkür və ya bir növ hədiyyə olaraq pul ala bilərlər. Yaxud bu, sadəcə olaraq, onlara təsir gücünə malik insanlara çıxış imkanı verəcək”.

Gəmi işçisinin dediyinə görə, son illər yaxtalardakı müşayiətçilər “daha diqqətli” olublar. Bu, bir tərəfdən, 2016-cı ildə Fransada qəbul edilmiş fahişəliyə qarşı qanunlarla bağlıdır: o vaxtdan bu sahədə qanunsuz hərəkətlər 3750 avroya qədər cərimə ilə cəzalandırılır. Digər tərəfdən, buna 2017-ci ildə kino prodüseri Harvi Vaynşteynə qarşı kütləvi seksual qısnama ittihamları nəticəsində yaranan MeToo hərəkatı səbəb olub: “Digər amil Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Bu, rus oliqarxların Avropa sularından yoxa çıxması demək idi. Və bu uşaqlar əylənməyi bilirdilər”.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR