İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanalizasiya borusunda ilişib qalan sərxoş gənc 7 saatlıq əməliyyatdan sonra çıxarıldı - VİDEO

2743 12.11.2022 17:12 Hadisə A A

Rusiyanın Jiqulyosvk şəhərində yaşayan 21 yaşlı Yevgeni Titov eni 30 sm olan kanalizasiya borusunun içində sürünməyə başlayıb.

Musavat.com xəbər verir ki, kanalizasiya borusuna niyə girdiyini xatırlamadığını deyən şəxs xilasedicilər tərəfindən 7 saatlıq əməliyyatdan sonra xilas edilib.

21 yaşlı gənc Sankt-Peterburqa dostunu ziyarət etmək üçün buraya gəldiyini, lakin boruya niyə girdiyini xatırlamadığını söyləyib. Kanalizasiya borusunda sıxışan Titov kömək çağırmazdan əvvəl borunun içərisində 12 metr sürünməyə müvəffəq olub.

Kanalizasiya borusundan çıxarılan kişi hipotermiyadan müalicə olunmaq üçün yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisə zamanı Titovun sərxoş olduğunu bildirsələr də, gənc bunu təkzib edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR