İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadaya 210 min ukraynalı qaçqın gəlib

521 23.01.2024 04:04 Dünya A A

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Kanadaya 210 mindən çox ukraynalı qaçqın gəlib.

APA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb. Ümumilikdə, Kanada hakimiyyəti 2024-cü il martın 31-də başa çatacaq xüsusi proqram çərçivəsində ukraynalılara 936 mindən çox viza verib ki, onlardan 210 mindən bir qədər çoxu bu imkandan yararlanıb.

Kanada Miqrasiya Xidmətinin apardığı sorğuya görə, martın sonuna qədər ən azı daha 90 mindən çox ukraynalının bu ölkəyə gəlməsi gözlənilir.

Xüsusi vizanın olması ukraynalılara Kanadada imtiyazlar almağa imkan verir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR