İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadalı mütəxəssis: “Beynəlxalq Forumda təhsilin gələcək inkişaf istiqamətləri ilə bağlı əhəmiyyətli müzakirələr aparılacaq”

465 03.06.2021 12:03 Təhsil A A

 

Məlum olduğu kimi, iyunun 14-də Qərbi Kaspi Universitetinin evsahibliyi ilə beynəlxalq təhsil təşkilatı “Times Higher Education”la birgə “Mövcud çağırışlar fonunda təhsilin transformasiyası” mövzusuna həsr olunmuş beynəlxalq forum  keçiriləcək. Forumda dünyanın nüfuzlu universitetlərinin nümayəndələri, tədqiqatçılar iştirak edəcəklər. 

Musavat.com xəbər verir ki, Qərbi Kaspi Universitetinin prorektoru, kanadalı mütəxəssis Ross Duqlas Forum barədə fikirlərini saytımıza açıqlamasında bölüşüb:

-Təhsil, bilik yaratmaq, öyrənənləri gücləndirmək və həyatı dəyişdirmək gücünə malikdir. Bu gün hələ də dünyada bir çox insan keyfiyyətli təhsil ala bilmir.  Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf sahəsində 4 nömrəli məqsədi, inkluziv və keyfiyyətli təhsilin təmin edilməsi və bütün həyat boyu öyrənmə imkanlarının təşviq edilməsi məqsədi daşıyır.

Bu pandemiya təhsil sisteminin bəzi zəif cəhətlərini ortaya qoyaraq dünyadakı təhsil mənzərəsini ciddi şəkildə dəyişdi. Lakin eyni zamanda tədris və təhsilin yeni bir dövrünü nəzərdən keçirmək üçün unikal bir imkan yaratdı.

“Times Higher Education” və Qərbi Kaspi Universitetinin birgə tərəfdaşlığı ilə 2021-ci ilin iyun ayının 14-də “Təhsilin transformasiyası” mövzusunda keçiriləcək forum zamanı universitetlərin keyfiyyətli təhsildə BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olan Keyfiyyətli Təhsil məqsədinə nail olunmasında roluna toxunulacaq və inklüziv təhsil modellərinin yaradılması və ömürboyu öyrənmə vərdişlərini mənimsənilməsində universitetlərin vəzifələri müzakirə olunacaq.

Qısamüddətli kurslar və sertifikatların təhsildə oynayacağı rolu və eksperimental təhsilin gələcəkdə necə ola biləcəyini görmək üçün forumda müzakirələr aparılacaq. Tədbir həmçinin yüksək keyfiyyətli təhsilin təşkilində əməkdaşlıqların rolu və yüksək keyfiyyətli elmi tədqiqatların aparılması məsələlərinə də, toxunacaq. Bu, əlamətdar bir forum olacaq və təhsil yolu ilə daha yaxşı bir dünyaqurma imkanlarını araşdırdığımız üçün sizi bizə qoşulmağa dəvət edirəm.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR