Kanadanın Şoniqan-Leyk şəhərində (Britaniya Kolumbiyası əyaləti) məktəb avtobusu yük maşını ilə toqquşub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İnsident zamanı avtobusda olan 12 məktəbli xəsarət almayıb. İlkin versiyaya əsasən, qəzaya yolun buz bağlaması səbəb olub.
Qeyd edək ki, Şoniqan-Leyk şəhəri Britaniya Kolumbiyası əyalətinin ən iri şəhəri Vankuverdən 120 km cənub-qərbdə yerləşir.






