İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib - VİDEO, FOTOLAR

2570 31.10.2019 18:05 Mədəniyyət A A

Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin və Toronto Universitetinin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib. 

Musavat.com-a verilən məlumata görə, tədbir Toronto Universitetinin ən qədim binalarından birində baş tutub. Bir çox kanadalı professorun və həmyerlilərimizin iştirak etdiyi tədbirdə Nəsiminin əsərlərindən danışılıb, onun həyat və yaradıcılığından, ədəbiyyatımıza verdiyi tövhələrindən bəhs olunub. 

Çıxışlarda Azərbaycan və Kanadanın fəlsəfi elmlər doktorları Nevin Reda, Laury Silvers və Elsəvər Məmmədov Nəsiminin əsərlərini təhlil edərək, onun şeirlərinin fəlsəfəsini iştirakçların diqqətinə çatdırıblar. 

Həmçinin tədbirdə Azərbaycan mədəniyyətini əks etdirən xalq mahnılarımız və rəqslərimiz, suvenirlər, kitablar və eləcə də, milli kulinariyamıza aid olan şiriniyyatlar qonaqlara təqdim olunub.

Azərbaycanın dünyaya tanıdılması baxımından bu tədbirlərin böyük əhəmiyyətinin olduğunu vurğulayan, Azərbaycan-Türk Dünya Qadınları Cəmiyyətinin sədri Kəmalə Şiriyeva bu yöndə işlərin mütəmadi, silsilə şəkilində davam edəcəyini bildirib. 

Torontoda fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin İdarə Heyətinin üzvləri  -  Munirə Babayeva, Nazilə İsgəndərova, Elmira Məmmədova, Könül Qurbanova, Yeganə Cəfərova tədbirin yüksək səviyyədə baş tutması üçün əllərindən gələn hər şeyi ediblər. 

Elçin Əkbərov,
Ərhun Abbaslı,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR