Kanadanın Toronto şəhərində iyulun 12-dən başlayaraq Ermənistan hərbi birləşmələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində təxribat törətməsinə qarşı etiraz aksiyası keçirilib.
Musavat.com xəbər verir ki, Kanadada yaşayan azərbaycanlılar əllərində bayraq və şəhid olmuş hərbçilərimizin şəkillərini əks etdirən plakatlarla küçələrə axışıb.
500-ə yaxın insanın iştirak etdiyi aksiyada "Qarabağ Azərbaycandır", "Qarabağa ədalət", "Erməni aqressiyasına son" şüarları səsləndirilərək erməni təcavüzkarlığı və tarixi həqiqətlərimiz Kanada və dünya ictimaiyyətinin nəzərinə çatdırılıb.
Soydaşlarımızın keçirdiyi aksiyanın bəyanatı Azərbaycan Respublikasının Kanadadakı səfirliyinə təqdim olunub.
Musavat.com






