İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada avtobus qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır -YENİLƏNİB

730 05.06.2018 07:07 Son xəbər A A

Kanadanın Ontario əyalətində ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, bu barədə CTV xəbər verib. Məlumata əsasən, sərnişin avtobusu yoldan çıxaraq xəndəyə düşüb. Qəza nəticəsində azı 24 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

***

Kanadanın Ontario ştatında baş verən yol qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır.

APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.

Məlumata əsasən, qəza zamanı turist avtobusunda 37 çinli turist olub. Onlardan 24-ü müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib, 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəza Ottavadan 100 km cənubda yerləşən Preskot şəhəri yaxınlığında qeydə alınıb. Naməlum səbəbdən avtobus yoldan çıxaraq xəndəyə düşüb. Hadisənin səbəbləri araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR