İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada 6 müsəlmanı öldürən qatilə hökm oxundu - mərhumların ailə üzvləri narazı qaldı

1686 09.02.2019 23:01 Dünya A A

Kvebek vilayətinin eyni adlı paytaxtında 800 min əhali yaşayır. Əsasən fransızdilli kanadalıların məskunlaşdığı ərazidir. Bu şəhərdə 2017-ci il yanvarın 29-da dini ayrı-seçkilik zəminində qətliam törədilib. Uzun sürən axtarışdan sonra o, fevralın 21-də polis tərəfindən həbs olundu.

Hazırda 29 yaşı olan keçmiş tələbə Alexandre Bissonnette haqqında cümə günü məhkəmə son qərarını verib. Çamiyə silahlı hücum zamanı dindarları gülləbaran edərkən 6 nəfəri öldürən qatil ömürlük həbs cəzası aldı. Hakimin qərarına görə, o, yalnız 40 ildən sonra əfvlə bağlı rəsmi orqanlara müraciət edə bilər. Dövlət ittihamçısı isə qatilə 150 il-Kanada tarixində ən yüksək cəzanın verilməsini istəmişdi.

Məhkəmənin hakimi Francois Huot müttəhimə üzünü tutaraq deyib: "Siz 6 nəfər həmyerlinizi ona görə öldürmüş olmusuz ki, onlar sizdən dini baxımdan fərqli olub. Siz öz nifrətiniz və irqçilik düşüncənizlə həmvətənlilərinizin həyatını məhv etdiz. Sizin də, valideynlərin də həyatı zəhər oldu".

Məhkəmədə qeyd olunub ki, müsəlmanlara qarşı həyata keçirilmiş bu cinayət Kanadanın tarixinə qanla yazılıb. 6 saat ərzində oxunan 246 səhifəlik hökmü dinləyənlər arasında qatilin dostları, valideynləri və qətlə yetirilmiş müsəlmanların doğmaları da olub. Onlar göz yaşları içində hakimi dinləyiblər.

1454871-1408760184.jpg (40 KB)

Ancaq çıxarılan hökm dindarların ailə üzvlərin qane etməyib. Onlar qatilə daha ciddi cəza gözləyirmiş.

Qeyd olunur ki, silahlı tələbə camiyə hücum edəndə orada 40 nəfər dindar və 4 uşaq olub. Qatil 4 dəfə əlindəki tapançanın darağını dəyişib və silahsız insanlara güllə yağdırıb. Camidə kameraların lentə aldığı video-görüntülər göstərir ki, qatil son dərəcə soyuqqanlı hərəkət edib. Sanki o, canlı insanları yox, video-oyundakı hədəfləri aradan götürürdü...

İstintaqın əvvəlində verdiyi ifadədə Alexandre Bissonnette bildirib ki, o, törətdiyi bağışlanılmaz cinayətə görə son dərəcə məyusdur. Silahlı hücum zamanı camidə olanların bəziləri hələ də yaşadıqları şokdan dolayı tibbi müalicəsini davam etdirdiyini söyləyib.

http://www.arabnews.com/node/1449301/world

Elbəyi Həsənli, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR