İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada parlamenti Rusiya aktivlərinin müsadirəsini təsdiqləyib

558 25.06.2022 04:50 Dünya A A

Kanada Senatı Rusiya aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, qanun layihəsi xarici vətəndaşların mənzil almasına iki il müddətinə qadağa qoyulması, habelə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirəsini nəzərdə tutur.

Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçib və rəsmi razılıqdan sonra qanuna çevriləcək.

Layihə Baş nazir Castin Trüdo tərəfindən təklif edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR