İnsanlara hürriyət, millətlərə istiqlal!

“KAMRANLA 1” Sevinc Telmanqızı ilə Kamran Həsənlinin canlı müzakirəsi

461 02.06.2022 15:56 Ölkə A A

Rusiya müharibə başlayandan bəri uşaq evləri və ailələrindən ayrılanlar da daxil olmaqla, 200 min ukraynalı uşağı zorla oğurlayıb. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“98 günlük Rusiya işğalı zamanı işğalçıların hücumları nəticəsində 689 uşaq yaralanıb. Bunlar yalnız bildiyimizdir. Hələlik işğal olunmuş bölgələrdən bütün məlumatlara malik deyilik. Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, ölkədən çıxarılanlara Ukraynanı unutdurmaq və onların geri qayıtmasının qarşısını almaqdır”, - prezident bildirib.

Zelenski qeyd edib ki, Ukraynadakı müharibə indiyədək 243 uşağın ölümü, 446-nın yaralanması və 139-nun itkin düşməsi ilə nəticələnib.

Bakıda xalq artisti Brilliant Dadaşovanın “Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub. Konsert proqramına çoxdandır görünməyən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova da qatılıb. Bu haqda Bizim.Media xəbər yayıb.

Sayt yazır ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur. Üstəlik, savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılır. Səfir hələ də Ukraynadakı vəzifəsinə qayıtmayıb. Məlumat üçün bildirək ki, Elmira Axundova 2 ildir ki, Ukraynada səfir postunu tutur. Bu müddətdə onun adı nəinki ölkəmizin nüfuzunu qaldıracaq hadisələrdə hallanıb, əksinə o, barəsində yayılan xoşagəlməz informasiyalarla yadda qalıb. Məsələn, 44 günlük Vətən Müharibəsindən dərhal sonra Savik Şusterin Ukraynada populyar olan “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli ilə aparıcı Sevinc Telmanqızı “Kamranla 1” verilişində müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR