İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Nəbizadə: “Bizim Rusiya ilə münasibətlərimiz yaxşılaşdıqca, Ermənistan-Rusiya münasibətləri pisləşir”

689 05.10.2018 15:12 Region A A

“Hansısa beynəlxalq təşkilata qoşulanda xalqın marağından çıxış edərək addım atırıq. Azərbaycan prezidenti xalqın maraqlarından çıxış edir. Biz qonşularımızla xoş münasibətdə olmalıyıq”.

Deputat Siyavuş Novruzov bunu Milli Məclisin iclasında söylədi. O, qonşu dövlətlərlə bağlı fikrilər səsləndirəndə ehtiaytlı olmağa çağırış etdi: “Biz şahidi olduq ki, 1990-cı illərdə qonşularla yaxşı münasibətdə olmamaq hansı nəticələrə gətirib çıxardı. Keçmiş iqtidarın dövründə demək olar ki, qonşuların hər biri ilə düşmən vəziyyətində idik. Ölkəni uçurumdan ümummilli lider Heydər Əliyev xilas etdi, qonşularla münasibətləri tənzimlədi. Mütəmadi olaraq Avropa təşkilatlarından Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyirlər. Hesab edirəm ki, onlarla da münasibətlərimizi qorumalıyıq, fikirlərimizi deməliyik, öz həqiqətlərimizi çatdırmalıyıq, Avropa meydanında istifadə etməliyik. Bilirik, ədalətsizdirlər, sadəcə, orada olub sözümüzü deməliyik”.

Deputat Kamran Nəbizadə də bu barədə fikirlərini ifadə etdi: “Azərbaycan qüdrətli ölkədir, uğurları göz önündədir. Bütün ölkələrlə, xüsusilə sərhəddə yerləşən qonşu dövlətlərlə gözəl münasibətlər saxlayır. Hətta Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksə, onlarla da münasibətlər yaratmağa hazırıq”. 

Deputat Rusiya parlamentinin üzvü Konstantin Zatulinin anti-Azərbaycan bəyanatı haqqında da danışdı. Dedi ki, bu bəyanat Rusiyanın mövqeyi olmasa da, ziddiyyətlə doludur: “Bu ermənipərəst bir insanın bəyanatıdır. Təklif edirəm ki, belə bəyanatlara qarşı diqqətli və ehtiyatlı olaq. Çünki deputatların çıxışlarına bəzən bizi sevməyən qüvvələr rəsmi don geydirmək istəyir. Bizim Rusiya ilə münasibətlərimiz yaxşılaşdıqca, Ermənistan-Rusiya münasibətləri pisləşir. Mən həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Bununla belə, hesab edirəm ki, belə şəxslərin bəyanatlarına cavab verərkən ehtiyatlı olmalıyıq”.

E.PAŞASOY,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR