İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Əliyev sabiq icra başçısının oğlunu işdən çıxardı

2472 01.04.2022 19:54 Son xəbər A A

İmişli rayon İcra Hakimiyyətinin həbs edilən sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Baş Prokurorluğun Mətbuat xidməti Qaynarinfo-ya xəbəri təsdiq edib.

Qeyd edək ki, Məhəmməd Hacıyev ötən ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad edilərək, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi təyin edilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR