"Bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının görüşü keçirildi. Görüşdə razılığa gəlindi ki, əməkdaşlığımız davam etsin".
Musavat.com report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
"Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılması və zərurət yarandığı hallarda bir-birinə köməyin göstərilməsidir. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır", - o vurğulayıb.






