İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamil Zeynallıdan yayılan dava videosu ilə bağlı AÇIQLAMA

3927 19.06.2020 17:01 Qalmaqal A A

Bu gün sosial şəbəkələrdə tanınmış idmançı Kamil Zeynallı avtomobil yolunda digər sürücü ilə dalaşdığını əks etdirən görüntü yayılıb.

Bu barədə Musavat.com-a danışan idmançı aşağıdakıları bildirib:

"Dalaşdığım adamla aramızda barışıq oldu. Amma bu məsələ ilə bağlı bir neçə gün sonra geniş açıqlama da verəcəm. Hazırda bu barədə ətraflı danışa bilmirəm. Mənim görüntülərimi yayan qadınlara gəldikdə isə mən onları təhqir etməmişəm, hədələməmişəm. Sadəcə qeyd etmişəm ki, onların şəkillərini paylaşacam, üzlərini göstərəcəm. Hər şeyə bir neçə gün sonra şahid olacaqsınız.

Musavat.com bildirir ki,  xəbər verir ki, idmançı  yaranan münaqişə il bağlı instaqramda da  paylaşım edib.  O, dava görüntülərini çəkib, yayan qadınları təhqir edib.

вввв.png (147 KB)

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə davam etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə Bakı-Şamaxı yolunda yerləşən karantin postunda qeydə alınıb:

Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyəti üzrə Polis Bölməsinə gətiriblər. Polis Bölməsində də həmin şəxslərin izahatları alınaraq, onlar sərbəst buraxılıb. Buna baxmayaraq, araşdırmalar davam etdirilir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR