“CNN”: “Donald Trampın yenə yalan danışır”
ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident, hazırda prezidentliyə ən real namizəd olan Cozef Baydenin Ağ Evə gedən yolunu kəsmək üçün müxtəlif yalanlar söyləyir. “CNN” belə yalanlardan biri haqqında məlumat yayıb.
“CNN” xatırladır ki, Donald Tramp Barak Hüseyn Obamanın ABŞ prezidenti olmaması üçün əlindən gələni etmişdi. Hətta Barak Obamanın Amerika ərazisində doğulmaması haqqında iddia irəli sürmüşdü. Ancaq o vaxt Amerika xalqı bu iddianı rədd etdi. Xalqın iradəsi ilə Barak Obama ilk qaradərili prezident kimi Ağ Evə daxil oldu.
“Black Lives Matter” hərəkatından sonra C.Bayden Kaliforniya ştatından senator seçilmiş Kamala Harrisi ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd olaraq irəli sürdü. Afroamerikalı və Asiya mənşəli demokrat qadın ABŞ-da xeyli populyardır. Yeni təyinatdan sonra ona qarşı hücumlar başlayıb.
Donald Tramp jurnalistlər qarşısında çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayırıb. O deyib ki, “sosial mediada" Harrisin prezident və vitse-prezident vəzifələrini icra edə bilməyəcəyi haqqında rəylər səslənməkdədir. Prezident “Newsweek” qəzetində Chapman Universitetinin professoru John Eastmanın məqaləsinə toxunub. Professoru "çox yüksək ixtisaslı" hüquqşünas kimi təqdim edən prezident bildirib ki, Kamala Harris Amerikada doğulmayıb. Elə bu səbəbdən də o, vitse-prezident ola bilməz.
“CNN” Donald Trampın bu iddiasını “prezidentin növbəti yalanı” adlandırıb.
Elbəyi Həsənli, Sürix






