İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaliforniyanın Örvayn şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

508 13.05.2019 10:32 Son xəbər A A

ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Musavat.com-a bildirilib ki, bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) müvafiq bəyannamə imzalayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir.

Bəyannamədə azərbaycanlı-amerikalıların güclü ailə bağları, ictimai dəstək və zəngin mədəni irsi vasitəsilə ABŞ-da daha da güclənərək inkişaf etdiyi qeyd olunur.

Sənəddə bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram etdiyi vurğulanaraq, Şəhər Şurasının Örvaynda yaşayan azərbaycanlı-amerikalı icmasının dəyərli töhfələrini təqdir etdiyi deyilir.

Bəyannamənin sonunda Örvayn Şəhər Şurası tərəfindən 28 may tarixi sözügedən şəhərdə “Azərbaycan Milli Günü” elan edilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR