İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaliforniyada təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq: İnsanlar təcili təxliyə edilir

724 27.07.2021 04:34 Dünya A A

ABŞ-ın Kaliforniya ştatında 76 min hektardan çox ərazidə geniş miqyaslı yanğınlar baş verib.

“Reuters” məlumat verir ki, “Dixie” və “Bootleg” adı verilən yanğın əraziləri artıq birləşiblər.

Nəşr qeyd edir ki, dövlət orqanları vətəndaşların təcili təxliyyəsini aparır.

Kaliforniyada fövqəladə vəziyyət elan edilib, xilasedicilər ev-ev gəzərək yerli sakinlərə son dərəcə təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq edirlər.

Oreqon ştatının qubernatoru Keyt Braun bildirib ki, ABŞ-ın qərb sahilindəki meşə yanğınları iqlim dəyişikliyi səbəbiylə zamanla artacaq.

Qeyd edək ki, ABŞ-ın bir neçə ştatında genişmiqyaslı yanğınlar davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR