İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaliforniyada 14 nəfəri öldürməkdə şübhəli şəxsin radikal dindarlarla əlaqəsi olduğu ehtimal edilir

260 04.12.2015 06:21 Dünya A A
Kaliforniyada atışma törətməkdə şübhəli bilinən Səyid Rizvan Farukun radikal dindarlarla əlaqəli olduğu ehtimal edilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı təfərrüatları açıqlamadan polis nümayəndələrinə istinadən məlumat yayıb.   
 
Məlumata görə,  Səyid Rizvan Faruk 2013-cü ildə iki dəfə Səudiyyə Ərəbistanına səfər edib. Onun həyat yoldaşı əslən pakistanlı Taşfin Malik ABŞ vətəndaşı olub.
 
“Röyters” Səudiyyə Ərəbistanının səfirliyinə istinadən bildirir ki,  Səyid Rizvan Faruk 2014-cü ilin yayında da bu ölkəyə 9 günlük səfər edib.  
 
Qeyd edək ki, noyabrın 2-də iki silahlı şəxsin San-Bernardino şəhərində ofis binasına hücumu nəticəsində 14 nəfər ölüb, 21 nəfər yaralanıb. Hər iki silahlı polis tərəfindən məhv edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR