Kaka 65 milyona satıldı, havayı qaytarıldı
Məşhur braziliyalı futbolçu Kaka karyerasını yenidən “Milan”da davam etdirməyə yaxındır. Virtualaz.org xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin İtaliya klubuna havayı başa gələcəyi gözlənilir.
Kakanın “Milan”la 2 illik müqavilə bağlayacağı vurğulanır. Futbolçunun köhnə-yeni klubunda ildə 5 milyon avro qazanacağı iddia olunur.
Qeyd edək ki, Kaka 2003-2009-cu illərdə “Milan”da top qovub. Karyerasının ən yaxşı illərini İtaliya klubunda keçirən ulduz futbolçu 2007-ci ildə “Qızıl top”a yiyələnib. O, “Milan”la ölkə çempionu, Çempionlar Liqasının qalibi olub. 64,5 milyon avroya “Milan”dan “Real”a transfer olunan Kaka Madrid klubunda ümidləri doğrulda bilməyib.






