Bu günlərdə İraqda keçirilən "Kainat gözəli-2022" gözəllik müsabiqəsinin qalibi kərküklü Dərya Kamil onu müzakirə obyektinə çevirənlərə sosial şəbəkədən cavab ünvanlayıb.
Musavat.com bildirir ki, 15 ölkədən iştirak edən kişilər arasında birinci yerə layiq görülən Dərya Kamil "İnstagram" səhifəsində qeyd edib: "Bəzilərinin mənim haqqımda nə dediyi məni maraqlandırmır. Boş yerə paxıllıq etməyin mənası yoxdur. Boş yerə paxıllıq etməyin mənası yoxdur. Bu adı qazandığım üçün xoşbəxtəm.
Mən ərəb dünyasındakı gənclərə yaxşı nümunə göstərmək istəyirəm. Gəncləri narkotikdən, spirtli içkidən uzaq tutmağa, uşaqlara, qocalara, xeyriyyə cəmiyyətlərinə dəstək olmağa çalışıram.
Ən böyük arzularım idman sahəsində iz buraxmaq, kasıblara, kimsəsizlərə kömək etməkdir. Ümid edirəm ki, mesajım sizə sadə və lazımi şəkildə çatdı. Məni dəstəkləyən və ruhlandıran hər kəsə təşəkkür edirəm".
Xatırladaq ki, Dərya Kamil ixtisasca həkimdir. Onun gözəllik müsabiqəsində birinci yerə layiq görülməsi sosial şəbəkələrdə müzakirə yaradıb. Əksəriyyət Dəryanın heç də yaraşıqlı olmadığını, bu yerə layiq görülməsinin anlaşılmaz olduğunu qeyd edib.
Xalidə Gəray
Musavat.com






