Kadırov ABŞ və İngiltərənin FİFA-ya qarşı mövqeyini vicdansızlıq adlandırdı
Çeçenistan dövlət başçısı Ramzan Kadırov hesab edir ki, ABŞ və Britaniya hakim dairələrinin FİFA-ya qarşı hərəkəti DÇ-2018-in Rusiyanın əlindən alınmasına hesablanmış təxribatdır.
Avropa.info xəbər verir ki, Kadırov onların bu addımını vicdansızlıq adlandırıb:
“Blatterin 1 ildən çox vəzifədə qalmayacağını, Rusiyadakı çempionatı isə boykot etməyin lazım olduğunu Londonda hələ bir utanmadan danışırlar. Gücənməyin, cənablar! Siz nə qədər istəsəz ara qarışdırmaqla məşğul ola bilərsiniz. Heç nəyə baxmayaraq, Rusiya bu çempionatı qəbul edəcək”.
Onun fikrinə görə, dünya futbolunu London və Vaşinqtonun sadiq itinə çevirmək mümkün olmayacaq.
Qeyd edək ki, dünən keçirilən seçkidə Yozef Blatter yenidən FİFA prezidenti seçilib.






