İnsanlara hürriyət, millətlərə istiqlal!

Kabildə 50 qadın "Taliban"a qarşı ayağa qalxdı: "Bizi evdə saxlaya bilməzsən!"

837 05.09.2021 16:45 Dünya A A

Ötən gün Əfqanıstanda təxminən 50 qadın "Taliban"a qarşı etriaz aksiyası keçirib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, "Taliban" üzvləri əvvəlcə ""Taliban", bizi evdə saxlaya bilməzsən!" deyə qışqıran  etirazçılara qarşı dəmir barrikada qurmağa çalışıb. Lakin  qadınların inadla etiraz aksiyasına davam etdiyini gördükdə, "Bedri 313" silahlı qruplaşma qadınlara qarşı silah tuşlayıb. Qadınların "sizdən qorxmuruq" deməsinin ardından isə gözyaşardıcı qazdan istifadə olunaraq, aksiyaya müdaxilə edilib.

Qeyd edək ki, 50 cəsur əfqan qadın ilk öncə "Pul Mahmuthan Meydanı"na toplaşıb. Daha sonra Milli Müdafiə Nazirliyinin qarşısındakı yoldan Prezident arayına doğru gedən qadınlar "Taliban" silahlı qüvvələrinin çaşqın baxışları altında çox sayda plakatlar açıb, şüarlar səsləndiriblər.

"Taliban Taliban, hökumət qadınsız olmaz, qadınlar olmazsa sizi tanımayacağıq”, “Qadınlar barəsində söz deyə bilməzsiniz, biz hüquq, tibb, iqtisadiyyat oxuduq. Bizi evə qapada bilməzsiniz. Azadlığımızı, haqlarımızı, işimizi istəyirik!", "Ölənə qədər təslim olmayacağıq" deyə süarlar səsləndirən qadınlar təxminən 1 km yürüş ediblər. 

Ətrafda olan hər kəsə şiddət göstərən "Taliban" üzvləri 50 qadını izləyən xarici media nümayəndələrinə müdaxilə edib, onları bir müddət nəzarətdə saxlayıblar.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR