İnsanlara hürriyət, millətlərə istiqlal!

Kabildə 13 yaşlı kamikadze səfirliklərin yaxınlığında özünü partladıb - 5 ölü, 21 yaralı

887 31.10.2017 18:18 Son xəbər A A

Əfqanıstan paytaxtı Kabildə xarici ölkə səfirliklərinin yerləşdiyi Vəzir Əkbər Xan rayonunda törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışı 13 yaşlı kamikadze törədib.

*** 

ABŞ-ın Əfqanıstan paytaxtı Kabildəki səfirliyinin yerləşdiyi ərazidə partlayış törədilib.

“Report” “Ulusalkanal” istinadən xəbər verir ki, hadisə nəticəsində onlarla insan ölüb və yaralanıb.

Partlayışın baş verdiyi əraziyə təhlükəsizlik qüvvələri, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, ABŞ-ın Türkiyədən qalmaqalla ayrılan səfiri Con Bass hazırda ölkəsinin Əfqanıstandakı səfirliyinə başçılıq edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR