İnsanlara hürriyət, millətlərə istiqlal!

Kabil hospitalına hücumda şübhəli bilinən azı 24 nəfər saxlanılıb

363 15.03.2017 20:13 Dünya A A

Əfqanıstanın hökumət orqanları 49 nəfərin ölümü ilə nəticələnən Kabildəki hərbi hospitala hücumla bağlı azı 24 şübhəli şəxsi saxlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hücum edənlərin ölkənin ciddi şəkildə qorunan ən iri hospitalına necə daxil olduqları hələ də müəmmalı qalır. Əfqanıstan müdafiə nazirinin müavininin sözlərinə görə, hökumət orqanları hücumda hospital əməkdaşlarından kiminsə əli olduğundan şübhələnir və bunu müəyyənləşdirməyə çalışır.

Xatırladaq ki, martın 8-də səhər saatlarında İŞİD Kabildə ABŞ səfirliyinin yaxınlığında yerləşən hərbi hospitala hücum edib. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına əsasən, terrorçular 4 nəfər olub. Onlardan biri xəstəxananın əsas girişində özünü partladıb, digərləri isə binaya daxil olub. Bir neçə saatlıq döyüşdən sonra hücum edən yaraqlıların hamısı öldürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR