JURNALİSTLƏRİN BİNASININ QARAJI HAZIRDIR
Müsahibimizin sözlərinə görə, sənədləşmə başa çatan kimi tikinti işləri başladığı üçün təməlatma mərasimi keçirməyə vaxt qalmayıb. Təşkilatçılar işin daha operativ görülməsi üçün mərasimə vaxt aparmayıb: “Hazırda tikinti işləri fundamentdən çıxarılıb. Artıq orda binanın qarajı tikilib. Biz öncədən də nəzərdə tutmuşduq ki, binanın altında jurnalistlər üçün qaraj tikilsin. Artıq qaraj hazırdır. İşlərimiz planlaşdırdığımız qaydada, keyfiyyətli şəkildə davam edir”.
V.Səfərli dedi ki, 2013-cü ilin may ayında ev sahibi olmaq istəyən jurnalistlərlə bağlı kriteriyalar müəyyənləşəcək. 2013-cu ilin sentyabrına qədər isə ərizələrin qəbulu yekunlaşacaq: “Bəzən jurnalistlər mənə müraciət edirlər ki, haradan təqdimat gətirək? Mən də elə sizin qəzet vasitəsilə buradan deyirəm ki, heç bir təqdimat sənədinə ehtiyac yoxdur. Kriteriyalar müəyyənləşəndən sonra hər bir jurnalist öz kriteriyasına uyğun sənədlərini təqdim edəcək. Mənzillərin ədalətli şəkildə bölüşdürülməsinə çalışacağıq”.
Müsahibimiz dedi ki, binanın tikintisi ilə bağlı heç bir yubanmadan söhbət gedə bilməz. KİVDF sədrinin sözlərinə görə, sənədləşmə ilə bağlı proseslər ardıcıllıqla həll edilib.
Xatırladaq ki, 2010-cu il iyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Təsdiq olunmuş layihəyə görə, jurnalistlərin binası kitab şəkilli olacaq və birbaşa dəniz mənzərəsinə açılacaq. 18 mərtəbədən və 2 blokdan ibarət olan binada yaşayış üçün hər cür şərait yaradılacaq. Həmçinin avtomobillərin park edilməsi üçün binanın zirzəmi sahəsində qaraj inşa ediləcək. Fond rəhbərliyi jurnalistlərə tam təmirli mənzillər təhvil verməyi planlaşdırır.