İnsanlara hürriyət, millətlərə istiqlal!

JURNALİSTLƏR FHN-lə BAĞLI MÜZAKİRƏLƏR APARIB

940 16.12.2010 09:58 Media A A
Sayca ikinci olan bu seminarın mövzusu “Fövqəladə Hallar Nazirliyində həyata keçirilən islahatların mediada işıqlandırılması qaydaları və məhdudiyyətlər” olub. İctimai-Sosial Maraqlar Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hacıyev çıxış edərək FHN-in yaranma tarixi və zərurəti, qurumun fəaliyyəti və gördüyü işlər barədə danışıb. Seminar iştirakçıları onun səsləndirdiyi bir sıra məqamlarla bağlı öz nəzəri və praktiki biliklərini bölüşüblər.
Layihənin şərtlərinə görə, bu tipli seminar məşğələlərinə yalnız məruzəçilər və müsabiqə yolu ilə seçilmiş jurnalistlər dəvətli olur. Bu tədbirdə də medianın müxtəlif spektrini təmsil edən, müdafiə və təhlükəsizlik sektorunda mütəmadi publisistik, təhlili yazılarla çıxışlar edən jurnalistlər iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR