İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər bələdiyyənin təşəbbüsü ilə Binəqədi sakinlərinə yardım payladı

398 26.03.2020 19:55 Media A A

Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyə olunub

Missiya.Az saytının təşkil etdiyi yardım aksiyası Binəqədi qəsəbə bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində davam etdirilib.

AzNews.az xəbər verir ki, kampaniyanın üçüncü günündə qəsəbə bələdiyyəsində əlil və aztəminatlı şəxslərə müxtəlif dezinfeksiya məhlulları və gigiyenik vasitələr paylanılıb.

Saytın əməkdaşları və qəsəbə bələdiyyəsinin rəhbərliyi sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Sakinlərə virusdan qorunmaq üçün dövlətin tətbiq etdiyi qaydalara əməl etmələri tövsiyə olunub.

Yardım aksiyası koronavirusla mübarizə çərçivəsində təşkil olunan #evdəqal kampaniyasına dəstək məqsədilə həyata keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR