İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər Baydenin təyyarəsindən qab-qacaq, yastıq üzü oğurlayırmış - Ağ Ev müraciət etdi

1148 01.04.2024 22:49 Dünya A A

Ağ Ev jurnalistləri ABŞ prezidenti Co Baydenin rəsmi təyyarəsindən qab-qacaq, yastıq üzü və dəsmal oğurlamağı dayandırmağa çağırıb.

Musavat.com xəbər verir ki, Ağ Ev Müxbirlər Assosiasiyası xəbərdarlıq edib ki, təyyarədən əşyaların götürülməsi qadağandır.

Baydenin fevral ayında ABŞ-ın Qərb Sahilinə səfərindən sonra təyyarənin mətbuat bölməsində bir neçə əşyanın əskik olması aşkarlanıb. Çatışmayan əşyalar arasında loqolu yastıq üzləri, şokolad, eynək və qızıl çərçivəli boşqablar var.

Qeyd olunur ki, jurnalistlərə bəzən xatirə kimi prezident möhürü ilə bəzədilmiş kiçik kisələrdə "M&Ms" şokoladları verilir. Ancaq "Air Force One" loqosu olan əşyalar, o cümlədən bıçaq və dəsmallar götürmək illərdir ki adi hala çevrilib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR